Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti seminar keçirilib. Seminarı açan Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova təşəbbüsün özləri tərəfdən irəli sürüldüyünü və bu tədbirlər davamlı olacağını bildirib.
Sonra Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev “Parenximatoz üzvlərin parazitar və qeyri-parazitar sistlərinin laparoskopik müalicəsinin bəzi aspektləri" mövzusunda çıxış edib. Məruzəçi qaraciyər sistləri, onun laparaskopik müalicə üsulları barədə iştirakçılara ətraflı məlumat verib. Ayrı-ayrı cərrahi əməliyyatlar zamanı çəkilmiş video-roliklər nümayiş etdirilib, rezidentlərə gələcəkdə aparacaqları əməliyyatlar zamanı üzləşəcəkləri vəziyyətlərlə bağlı məsləhətlər verilib. Qeyd edək ki, öz işini işgüzar şəraitdə başa vuran seminarda klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov da iştirak edib.