ATU-nun bəzi əməkdaşları təşəkkürnamə ilə təltif olundular

 

Bir müddət öncə Azərbaycan Tibb Universitetinin tədris proqramları Beynəlxalq akkreditasiyadan keçib. Bu münasibətlə ATU-nun rektoru professor Gəray Gəraybəyli universitetin bir qisim əməkdaşları ilə görüşərək onlara təşəkkürnamə təqdim edib.

Görüş zamanı ATU-nun rektoru professor Gəray Gəraybəyli akkreditasiya prosesi haqqında danışıb, bu hadisənin əhəmiyyətini qeyd edib. G.Gəraybəyli ali məktəbin beynəlxalq nüfuzu üçün mühüm önəm kəsb edən akkreditasiyanın uğurla əldə olunması münasibətilə universitet əməkdaşlarını təbrik edib, bu prosesin uğurla və layiqli şəkildə sona çatdırılmasında əməyi keçən hər bir kəsə təşəkkür edib.

Görüşün sonunda ATU-nun beynəlxalq akkreditasiya prosesinə hazırlıq və proqramların özünütəhlil hesabatlarının hazılanmasında fəal iştirakına görə bir sıra universitet əməkdaşları təşəkkürnamə təltif olunub.

Qeyd edək ki, beynəlxalq akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Ratıng) tərəfindən aparılıb.