DNT-nin təhlilinə əsasən keçirilən genetik ekspertizalar zamanı mübahisəli atalığın, analığın, qohumluq əlaqələrinin təyini, cinayət törədildikdə hadisə yerindən götürülən bioloji mənşəli obyektlərin (qan, ağız suyu, dırnaq, tük və s.) tədqiqi zamanı şəxsiyyətin identifikasiyası həyata keçirilir.
DNT tarixdə ilk dəfə isveçrəli həkim Fridrix Mişer tərəfindən 1869-cu ildə kəşf edilib. 1953-cü il aprelin 25-də “Nature” jurnalında alimlər Ceyms Uotson, Frensis Krik Moris Uilkinsom və Franklin Rozalind DNT molekulunun strukturunun tədqiqat nəticələrini dərc edib. Düz 50 il sonra – 2003-cü il aprelin 25-də elan olunub ki, insan genomunun şifrəsinin açılması üzrə layihə tədqiqatları başa çatmağa yaxındır.