12 may – Beynəlxalq Tibb Bacısı Günüdür

 

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.

Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.

Tibb bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, onların qayğısına qalan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.

Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkimin göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür.