Bu gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib. Beynəlxalq Lal-Karlar Günü hər il müxtəlif tədbirlərlə qeyd olunur. Bu günün məqsədi lal-karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır. Yer kürəsində yüzlərlə ünsiyyət dili var, amma lal-karların ünsiyyət forması vahiddir. Qeyd edək ki, Beynəlxalq Karlar Federasiyası lal-karlarla ünsiyyətdə dəstək məqsədi ilə 1965-ci ildə 300 jestdən ibarət ilk gestuno lüğətini çap edib, artıq 3-cü nəşrdə lüğətdəki jest sayı artaraq 1500 olub.