2007-ci ildən başlayaraq, hər il 26 sentyabr tarixi Beynəlxalq Kontrasepsiya Günü kimi qeyd olunur. Bu günün məqsədi – hər bir hamiləliyin arzuolunan şəkildə reallaşdırılması, əhali arasında kontrasepsiya barədə məlumatlılığı artırmaqdır. Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də kontraseptiv üsulların seçilməsidir. Kontrasepsiya – hamiləliyin müxtəlif üsullarla qarşısını alır, arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün abort təhlükəsi yaranmır. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən bu istiqamətdə geniş təbliğat aparılır, maarifləndirici nəşrlər hazırlanaraq nəşr edilir, əhaliyə paylanılır. Daha ətraflı: https://www.isim.az/az/print/8-Maariflendirme-materiallari