Quduzluq insan və heyvanlar üçün ciddi təhlükə törədən virus mənşəli xəstəlikdir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı hər ilin sentyabr ayının 28-ni dünyada quduzluqla mübarizə günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub. Quduzluq xəstəliyindən qorunmaq və xəstəliyin kökünün kəsilməsi məqsədilə it, pişik və digər ətyeyən heyvanların sahibsiz və nəzarətsiz saxlanılmasına yol verməmək, onların qeydiyyatdan keçirilərək baytarlıq mütəxəssisləri tərəfindən zəruri profilaktik tədbirlərə cəlb edilməsi tövsiyə olunur.