Martın 14-də Fövqəladə Hallar Nazirliyinin Nəsimi rayon 19 saylı Yanğından Mühafizə Bölməsinin əməkdaşları tərəfindən Tədris Cərrahiyyə Klinikasında taktiki yanğın məşğələsi keçirilib.
Klinikanin mülki müdafiə qüvvələri təlimdə iştirak ediblər. Məşğələdə həyətdəki su hovuzu və binada yanğına qarşı su krantları, hidrantların hadisə zamani səmərəliliyi yoxlanılıb. Yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin və müvafiq maarifləndirmə işlərinin təşkilinin vacibliyi diqqətə çatdırılıb.
Həmçinin yanğınların başvermə səbəbləri, onların yaratdığı təhlükələr barədə danışılıb, müvafiq tövsiyələr verilib.