2010-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 28 iyul bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə çəkmək məqsədilə “Dünya Hepatit Günü” kimi təyin olunmuşdur. Bu günün məhz iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətə görə Nobel mükafatına layiq görülən professor Baruch Blumbergin anadan olduğu tarixlə bağlıdır.
Ümumdünya Hepatit Günü qlobal ictimai səhiyyə problemi olaraq bilinən hepatit xəstəliyi barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.