İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Beynəlxalq günün təsis edilməsində əsas məqsəd qida ilə əlaqəli risklərin aşkarlanması, onun qarşısının vaxtında alınması və düzgün idarə olunmasına diqqət çəkməklə ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdən ibarətdir.