Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür. Bu gün Dünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub.
Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün sağlam həzm günü elan edilməsi qərara alınıb.