“Konstitusiya, şəxsiyyət və hüquqi dövlət” mövzusunda olimpiada
"Konstitusiya, şəxsiyyət və hüquqi dövlət" mövzusunda olimpiada
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi biliklərinin yüksəldilməsinə, onların Azərbaycan Respublikasının Konstitusiyasını, əsas insan və vətəndaş hüquq və azadlıqlarını daha dərindən öyrənmələrinə diqqət yetirməklə mütəmadi olaraq ali, orta ixtisas və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında hüquq olimpiadası keçirir.
Cari ildə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəhbərliyi məktubla Təhsil Nazirliyinə müraciət edərək 22-27 aprel tarixlərində ali və orta ixtisas təhsilli müəssisələrinin tələbələri arasında Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Konstitusiya, şəxsiyyət və hüquqi dövlət" mövzusunda hüquq olimpiadasının keçirilməsinin nəzərdə tutdulduğunu bildirmişdir.
Bununla əlaqədar aprelin 23-də Azərbaycan Tibb Universitetinin iqtisadiyyat və hüququn əsasları kafedrasında da olimpiada keçirilmişdir. Olimpiadaya qatılan I müalicə-profilaktika fakültəsinin II kurs və əczaçılıq fakültəsinin I kurs tələbələri yüksək hüquqi və siyasi bilik nümayiş etdirmişlər.
Olimpidanın gedişini Konstitusiya məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova, hüquq şöbəsinin böyük məsləhətçisi Murad Yusifzadə, cinayət və inzibati şöbəsinin məsləhətçisi Bəşir Qaralov, ATU-nun iqtisadiyyat və hüququn əsasları kafedrasının müdiri, dosent Yavər Vəliyev və kafedranın baş müəllim Niyazi Namazov da izləmişlər.