Sümük iliyi donoru olmaq digər insanlara həyat bəxş edir. Toxuma qrupu antigenləri xəstə ilə uyğun olan hər bir sağlam şəxs donor ola bilər. Bacı və ya qardaşın toxuma uyğunluğunun olma ehtimalı olduqca yüksəkdir. Odur ki, adətən donor xəstənin bacı və ya qardaşı olur. Nadir hallarda valideynlər, övladlar və digər qohumların toxuma qrupu antigenlərinin uyğunluğunun olma ehtimalı var. Transplantasiya olunacaq xəstə ilə donorun qan qrupunun eyni olması vacib deyil, fərqli qan qrupuna malik şəxs xəstəyə donor ola bilər.