2000-ci ildən etibarən, Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər il 29 sentyabr tarixi “Ümumdünya Ürək Günü” olaraq qeyd olunur. Ümumdünya Ürək Federasiyası 200-ə yaxın üzv təşkilatın birləşmiş icması vasitəsi ilə dünyanın 100-dən çox ölkəsində ürək xəstəliklərinə qarşı mübarizə aparır. Hər il dünyada 17,5 milyon insan ürək-damar xəstəlikləri səbəbindən ölür. “Ümumdünya Ürək Günü”nün keçirilməsində əsas məqsəd insanları ürək-damar xəstəliklərinin nə dərəcədə təhlükə doğurduğu barədə məlumatlandırmaq və bu xəstəliklərin qarşısının alınması istiqamətində vacib profilaktik tədbirlərin həyata keçirilməsidir.