Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən hər il təqribən 3 milyon insan dünyasını dəyişir. Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb etmək və həll yollarını müəyyən etmək üçün hər il 3 oktyabr tarixi Ümumdünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd edilir.