OPV və İPV peyvəndləri #POLİOMİELİT xəstəliyindən qoruyur.
▪️ Övladınızın poliomielitdən effektiv müdafiəsi üçün 1-ci doza (2 aylığında OPV), 2-ci doza (3 aylığında OPV və İPV), 3-cü doza (4 aylığında OPV), 4-cü doza (6 aylığında İPV), 5-ci doza (18 aylığında OPV) vurdurmaq tövsiyə olunur.
▪️ Poliomielit eyniadlı virus tərəfindən törədilən, iflic yaradan, çox təhlükəli, yoluxucu xəstəlikdir.
▪️ Xəstəlik xüsusilə 5 yaşından kiçik uşaqlar üçün təhlükəlidir. Xəstəlikdən tam sağalan uşaqlarda 15-40 ildən sonra belə əzələ ağrısı, əzələ zəifliyi və iflic müşahidə oluna bilər.
▪️ Poliomielit ömürlük və ölümcül iflicə səbəb ola bilər.
▪️ Poliovirusa yoluxan insanların əksəriyyətində heç bir əlamət olmur. Bəzi insanlarda isə 2-5 gün müddətində davam edən qripə bənzər əlamətlər müşahidə oluna bilir. Təxminən 200 nəfərdən 1-də isə qollarda, ayaqlarda və ya ətraflarda zəiflik, ya da iflic ola bilər ki, bu da ömür boyu davam edə bilər.
▪️ Xəstəlik hava-damcı yolu ilə asqırma və öskürmə zamanı yayılır. Eyni zamanda xəstələnən şəxsin nəcisi ilə çirklənmiş əşyalara toxunduqda poliomielitə yoluxmaq mümkündür.
▪️ Xəstəliyə yoluxan şəxs hər hansı əlamət daşımadan və ya əlamətlərin ortaya çıxmasından dərhal öncə və sonrakı 2 həftə ərzində virusu başqalarına yaya bilər.