Noyabrın 14-ü Beynəlxalq Loqoped Günüdür. 2004-cü ildən keçirilən bu gün loqopedlərin peşə bayramı hesab olunur.
Loqopediya pedaqoji elmin nitq pozuntularını öyrənən sahəsidir. Pedaqoji elmlərin bir sahəsi olan loqopediya nitq pozulmasının səbəblərini, simptomatikası və mexanizmini öyrənir və xüsusi təlim, tərbiyə vasitəsilə onun aradan qaldırmasının üsulları ilə məşğul olur.