ATU XV universiadanın qalibi olub

Dekabrın 2-də Memarlıq və İnşaat Universitetinin idman kompleksində cüdo idman növü üzrə ali təhsil müəssisələri arasında XV Respublika Universiadası keçirilib. Azərbaycan Tibb Universiteti də daxil olmaqla yarışa altı universitetdən 70-dən çox tələbə cüdoçu qatılıb. Əməkdar məşqçi Ələkbər Əliavsarovun rəhbərliyi altında ATU-nu müxtəlif çəki dərəcələrində 7 tələbə cüdoçu təmsil edib və qaliblər müəyyənləşib.
60 kq çəkidə Namiq Hacıbəyov, 90 kq çəkidə Sərxan  Əhmədov və 100 kq çəkidə Azər  Məmmədov I, 66 kq çəkidə Musa Xalid və 73 kq çəkidə Asim Təhməzzadə II, 81 kq çəkidə isə Həmid Quliyev III yerə layiq görülüblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ali təhsil müəssisələri arasında keçirilən XV Respublika Universiadasında keçirilən yarışların ümumi nəticələrinə görə Azərbaycan Tibb Universitetinin komandası qalib olub, ölkə universitetləri arasında liderlik edir.