9 fevral tarixi ənənəvi olaraq dünyada Beynəlxalq Stomatoloqlar Günü kimi qeyd olunur.
Beynəlxalq Stomatoloqlar Gününün məqsədi əhalini stomatoloq, diş, diş əti və ağız boşluğu sağlamlığı haqqında maarifləndirmək və müntəzəm olaraq stomotoloji müayinələrdə olmağı təşviq etməkdir.
Stomatologiya dişlərin, diş ətinin, diş-çənə sisteminin, ağız boşluğu toxumalarının, üz və boyun toxumalarının anatomiyası, fiziologiyası, patogenezi, xəstəlikləri, etiologiyası, profilaktikası və müalicəsi ilə məşgul olan çox qədim tibb sahəsidir, lakin tibbin ən yüksək texnoloji sahələrindən biridir - demək olar ki, hər gün yeni materiallar və müalicə üsulları kəşf olunur.