2006-cı ildən etibarən bütün dünyada hər il martın ikinci cümə axşamı rəsmi olaraq Dünya Böyrək Günü (World Kidney Day) kimi qeyd edilir.
Bütün dünyada bu gün münasibətilə elmi-praktik konfranslar keçirilir, böyrək xəstəliklərinin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı aşkarı və müalicə üsullarına yönəltməkdir.
Böyrək insanın yaşaması üçün ən vacib orqanlardan biridir. Böyrəklər orqanizmdə qanı təmizləyir və onun kimyəvi balansını saxlamağa kömək edir.