Azərbaycan kardiologiya cəmiyyətinin (AKC) və Avropa Preventiv Kardiologiya Assosiasiyasının (EAPC) təşkilatçilıqı ilə MDB məkanında ilk dəfə Bakıda mayın 4-5 "Cardiovascular prevention and rehabilitation" ("Ürək-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası”) movzusunda iki günlük kurs keçiriləcək.
Kursun direktorları – EAPC-ın prezidenti, Lissabon Universitenin professoru Ana Abreu və Azərbaycan Tibb Universitenin dosenti Rəhimə Qabulova (AKC). Tədbirin məkanı - Yeni Klinika. Kursda iştirak üçün kardiologiya sahəsində çalışan və bu sahəyə maraqı olan həkimlər dəvətlidir.
Qeyd edək ki, keçən il ATU-nun və Lissabon Universitetinin arasında əməkdaşlıq haqqında müqavilə bağlanıb.
Qeydiyyat üçün link: https://www.escardio.org/