Azərbaycan Tibb Universitetində (ATU) Erasmus+ mübadilə proqramı çərçivəsində növbəti fəaliyyət başa çatıb.
Litva Sağlamlıq Elmləri Universitetinin Bioloji Sistemlər və Genetik Tədqiqatlar İnstitutunun əməkdaşı Yelena Loqinoviç ATU -da iki həftə ərzində akademik fəaliyyətlə məşğul olub. ATU rektoru, professor Gəray Gəraybəyli Yelena Loqinoviçlə görüşərək proqramın yekunlarını müzakirə edib.
Rektor Erasmus+ proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərin təcrübə mübadiləsi baxımından önəmini vurğulayaraq Litvalı mütəxəssisə uğurlar arzulayıb.
Qeyd edək ki, Y.Loqinovuç ATU-nun tibbi biologiya və genetika kafedrasında həmkarları ilə təcrübə mübadiləsi aparıb, tələbələr üçün “Mutasiya. Xromosom xəstəlikləri. Sitogenetik metod” mövzusunda rus və ingilis dillərində mühazirələr oxuyub. Qonaq müəllim ATU tələbələrinə geneonoloji metod haqqında praktik məşğələ də keçib.