Özbəkistan Respublikasının EMU Universitetinin Müalicə işi və Stomatologiya fakültələrinin 12 tələbəsi Azərbaycan Tibb Universitetində bir həftəlik təcrübə keçib.
Tələbələr dekan müavini Umida Muxitdinovanın kuratorluğu altında ATU-nun I Daxili xəstəliklər, I Cərrahi xəstəliklər, II Uşaq xəstəlikləri kafedralarında və Stomatologiya fakültəsinin ixtisas kafedralarında olublar. Qonaq tələbələr, həmçinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında “Anatomiya muzeyi” ilə tanış olub və rezidentlərin və gənc həkimlərin ATUREK elmi konfransında iştirak ediblər.
Təcrübənin sonunda ATU-nun Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov qonaqlarla görüşüb və onlara sertifikatlar təqdim ediblər.
Xatırladaq ki, ATU ilə EMU Universiteti arasında rəsmi əməkdaşlıq əlaqələri mövcuddur.