Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı, uzman doktor Əkbər İbrahimov Dubayda keçirilən “EndoDubai 9 edition” Beynəlxalq Konfransında çıxış edib. Dünyanın hər yerindən cərrahiyyə, daxili xəstəliklər üzrə mütəxəssisləri bir araya toplayan konfransda doktor Ə.İbrahimov ATU-nun Onkoloji Klinikasında laparoskopik metodla əməliyyat edilən xəstələrin onkoloji nəticələrini paylaşıb. ATU təmsilçisi öz məruzəsində universitetin Onkologiya kafedrasının əməkdaşları - akademik Əhliman Əmiraslanov və professor Abuzər Qazıyevlə birgə müəllifi olduğu yeni kitabları da nümayiş etdirib.
Qeyd edək ki, “ENDO Dubai” konfransı qısa müddət ərzində bütövlükdə regionda invaziv cərrahiyyə üzrə istinad nöqtəsinə, elmi və klinik məlumat mübadiləsi üçün aparıcı platformaya çevrilməyi bacarıb. Tədbirdə ginekologiya, endokrinologiya və digər sahələr üzrə mütəxəssislər təqdimatlarla çıxış edərək, təcrübələrini bölüşüblər.