Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Onkoloji Klinikasında ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Xəstəxanada yerləşən ulu öndərin stendi önünə əklil qoyulub. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə xəstəxananın baş həkimi, dosent Nigar Mehdiyeva çıxış edərək, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, ordu quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və siyasi fəaliyyətindən ətraflı şəkildə bəhs edib.