Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ölkə kinoteatrlarında böyük marağa səbəb olan “Mübariz” filminin nümayişi təşkil olunub.
Filmin universitetdə baş tutan nümayişində iştirak etməsi üçün 200 tələbəyə hədiyyə biletlər verilib. Komitənin nümayəndəsi çıxışında bildirib ki, vətənpərvərlik ruhlu bu cür filmlərin tələbələr tərəfindən böyük maraqla qarşılanması gənclərimizin tərbiyəsi baxımından təqdirəlayiq haldır.
Filmi ərsəyə gətirənlər tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirib.
Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra filmin nümayişi keçirilib.
Vətənpərvərlik ruhunda tədbirlər ATU THİK tərəfindən bundan sonra da davamlı təşkil olunacaq.