Bu günlərdə Ankara Üniversitetinin Diş Həkimliyi fakültəsinin Ortodontiya kafedrasının proffesoru Erhan Özdiler, Ortodontiya uzmanı Orhan Özdiler ATU-nun Ortodontiya kafedrasında olublar.
Erhan Özdilerin "Diş həkimliyində botulizim toksininin istifadəsi" və Orhan Özdilerin " Funksional müalicə nəticəsində beyində yaranan aktivliklərin funksional maqnetik rezonans ilə tədqiqi" adlı mühazirələri tələbələr və rezidentlər tərəfindən böyük maraqla qarşılanıb.
Professor Erhan Özdiler universitetlərimiz arasında elmi və təcrübə mübadiləsinin daha da genişlənəcəyini vurğulayıb.