Azərbaycan Tibb Universiteti və S.D.Asfendiyarov adına Qazax Milli Tibb Universiteti arasındakı əməkdaşlıq memorandumu çərçivəsində adıçəkilən universitetin Stomatologiya fakültəsinin 4-cü kurs tələbələri 25.04-11.05.2024-cü il tarixlərində ATU-nun Stomatologiya fakültəsinin Terapevtik stomatologiya kafedrasında “Klinik endodontiya” fənni üzrə təhsil alıblar.
Kafedranın professor-müəllim heyəti tərəfindən tələbələrə mühazirə və praktik məşğələ dərsləri keçirilib. Qonaq tələbələr, həmçinin universitetin Stomatoloji Klinikasının Tədris Mərkəzində kafedranın təcrübəli müəllimləri tərəfindən təşkil olunmuş master-klaslarda iştirak ediblər.
Dərslərin sonunda tələbələrlə imtahan keçirilib, müvəffəqiyyət qazananlara sertifikatlar verilib.