Qazax müəllim ATU-nun tələbələrinə dərs keçib

Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin Terapevtik və ortopedik stomatologiya kafedrasının assistenti Kulmurzin Yerqazi Kulmurzinoviç 13-17 may tarixlərində ATU-nun Ortopedik stomatologiya kafedrasında akademik fəaliyyət göstərib.

Universitetlərimiz arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən baş tutan səfər çərçivəsində qonaq müəllim Stomatologiya fakültəsinin II-IV kurs rus bölməsinin tələbələrinə mühazirə və praktik məşğələ dərslərini tədris edib. Y.Kulmurzin tələbələrin bilik səviyyəsindən, onların dərsdəki aktivliyindən, həmçinin Ortopedik stomatologiya kafedrasının tədris laboratoriyaları və ATU-nun Stomatoloji Klinikasının Tədris Mərkəzindəki şəraitdən razı qaldığını bildirib.

Akademik fəaliyyətin sonunda Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva və ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov qonaq müəllimlə görüşüb.