Litva Sağlamlıq Elmləri Universitetinin Bioloji Sistemlər və Genetik Tədqiqatlar İnstitutunun professoru Alina Smalinskiene Erasmus+ mübadilə proqramı çərçivəsində ATU-nun Tibbi biologiya və genetika kafedrasında akademik fəaliyyət göstərib.
Qonaq professor tələbələrə mühazirə və praktik məşğələ dərsləri keçib. Professor A.Smalinskienenin “Biotexnologiya: onun tibbə təsiri” mövzusundakı mühazirəsində tələbələrlə yanaşı, ATU-nun müvafiq kafedralarının əməkdaşları da iştirak edib.
Proqramın sonunda ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və Tibbi biologiya və genetika kafedrasının müdiri, professor Yeganə Şəkərəliyeva qonaq professorla görüşüb və ona müvafiq sertifikat təqdim ediblər.