ATU tələbələrinin iştirak etdiyi “AzerMDS” komandası intellektual yarışda I yerə layiq görülüb

Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənclər Təşkilatlarının Həmrəylik Kuboku” intellektual müsabiqəsi baş tutub.

Yarışda Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin iştirak etdiyi “AzerMDS” komandası birinci yerə layiq görülüb.

Qeyd edək ki, yarışda ATU-nu  Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) “İntellektual Oyunlar Klubu” üzvləri, “Həkimlər və Təbib Tələbələr İctimai Birliyi” təmsil edib. Ümumilikdə 11 komanda qələbə strategiyası ilə bu intelekt oyununda mübarizə aparıblar. Əzm dolu mübarizənin sonunda tələbələrimizin iştirak etdiyi “AzerMDS” komandası birinci yerə layiq görülüb. Qalibləri təbrik edir və uğurlar arzulayırıq.