Azərbaycan Tibb Universitetinin (ATU) THİK -in nəzdində olan Kitab klubunun təşkilatçılığı ilə Tədris-Terapevtik klinikasında II Poeziya müsabiqəsi keçirilib.
ATU-nun Kitab klubunun sədri, Müalicə-profilaktika fakültəsinin tələbəsi Rüfət Həsənli tədbir iştirakçılarına klubun fəaliyyətindən danışıb və müsabiqə şərtləri haqqında məlumat verib.
R.Həsənlinin sözlərinə görə, bu formatda tədbirlər tələbələr arasında poeziyaya olan marağın artması məqsədi ilə təşkil olunur. Bu il müsabiqəyə Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri də qatılıb.
Azərbaycan dili kafedrasının dosenti, f.e.n. Dürdanə Nağıyeva və kafedranın baş müəllimi Elnarə Məmmədovanın münsiflər heyəti kimi iştirak etdiyi yarışda I yerə – Vüsal Əşrəfli, II yerə – Nəcibə Allahverdiyeva, III yerə – Sədəf Musayeva layiq görülüblər.