Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan əcnəbi tələbələrin iştirakı ilə elmi tədqiqat müsabiqəsi keçirilib. ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən, “Əcnəbi tələbələrin səsi” təşkilatının (V.O.I.S) dəstəyi ilə təşkil olunan bilik yarışmasına 25 xarici tələbə qatılıb.
Əcnəbi tələbələrin təqdimatları beş nəfərdən ibarət hakimlər komandası tərəfindən qiymətləndirilib. Bu zaman tədqiqat obyektinin əhəmiyyəti, metodoloji əsaslandırma və məlumatların təhlili kimi bir neçə amil əsas götürülüb. Qiymətləndirmə nəticəsində “The Role of mRNA Vaccine in Cancer Therapy” mövzusunda araşdırmasına görə Faysal Badawi və Mohamed Kheiro birinci yerə layiq görülüblər.
Tədqiqat müsabiqəsi əcnəbi tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün faydalı platformadır. Belə tədbirlər gənclərin öz aralarında təcrübə mübadiləsi aparmasına və akademik şəbəkələrini genişləndirməsinə imkanı verir.
Qeyd edək ki, hakimlər heyətinin tərkibinə Nazxanım Nəzirbəy, Dr.Qorxmaz Əhmədov, Dr.Şəlalə İsmayılova,fə Dr.Vəfa Əliyeva, Dr.Şəhla Məlikova daxil olub.