Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və sağlamlıq elmləri təhsili kafedrasında tələbələr artıq 2 ildir ki, semestrin sonunda klinik bacarıq fənnindən Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanı (OSKİ) verirlər.
24 may tarixində də semestri bitirən I kurs Hərbi tibb fakültəsi və II Müalicə-profilaktika fakültəsinin bəzi əcnəbi tələbələri olmaqla ümumilikdə 70 nəfərin semestr ərzində öyrəndiyi klinik bacarıqları OSKİ vasitəsilə qiymətləndirilib.
İmtahan prosesini İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, II MPF dekan müavini, dosent Sevinc Məhərrəmova, Hərbi tibb fakültəsinin tədris məsləhətçisi Əbdülqasım Cəfərov, eləcə də universitetimizdə qonaq olan Ege Universitetinin Tibb bacılığı fakültəsinin Tibb bacılığında pedaqogika kafedrasının müdiri, dosent Fatma Orgun izləyiblər.