Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahiyyə şöbəsinin əməkdaşı Leyli Rzayeva İsveçrənin Cenevrə şəhərində keçirilən "The First Global Partners Meeting on Nursing and Midwifery" tədbirində iştirak edib.
Azərbaycandan beynəlxalq tədbirdə tək nümayəndə olan əməkdaşımız öz çıxışında AR Səhiyyə Nazirliyinin səhiyyə sahəsində həyata keçirdiyi yeniliklərdən bəhs edib. O, Tibb bacılığı ixtisasının Azərbaycanda artıq tək kolleclərdə deyil, ATU-da ali səviyyədə tədris olunduğunu bildirib, bu sahəyə olan maraqdan, bu ixtisasın praktik önəmindən danışıb.