ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 28-31 may tarixlərində təşkil etdiyi “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda təlimlərdə və konfransda iştirak edib.
Təlimin məqsədi erkən uşaqlıq dövründə fiziki, əqli və sosial inkişafda əhəmiyyətli rol oynayan mütəxəssislərin peşəkarlığının artırılması olub.
Türkiyədən dəvət olunmuş ekspertlər Turgay Arık, Nazan Özen, Mehmet Ala və Özge Karanlık tərəfindən 3 gün ərzində “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında təlimlər keçirilib. Pediatr, müəllim, tərbiyəçi, sosial işçi, psixoloq, psixiatr və digər uşaq mütəxəssislərinin iştirak etdiyi təlimlərə 31 may tarixində “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” adlı konfransla yekun vurulub.