ATU-da yaz semestri artıq sona çatıb və Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanlara (OSKİ) start verilib.
İyunun 5-də Tədris Cərrahiyyə Klinikasında Hərbi Tibb Fakültəsi tələbələrinin də klinik bacarıq imtahanı keçirilib. İmtahanda 40 nəfər kursant iştirak edib. Onların terapiya və hərbi terapiya fənni üzrə semestr ərzində mənimsədiyi klinik bacarıqlar OSKİ vasitəsilə yoxlanılıb və yüksək qiymətləndirilib.
Qeyd edək ki, OSKİ imtahanları beynəlxalq standartlara cavab verən bir sınaq üsuludur və tibb təhsilində də uğurla tətbiq olunur.