Startap mövzusunda mühazirə oxunub

Bu gün Azərbaycan Tibb Universitetində Elmi departamentin Simpozium , konfrans və startap şöbəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Startapların təqdimatı. Startap konseptinə giriş” mövzusunda mühazirə oxunub.

“INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin araşdırma və inkişaf üzrə mütəxəssisi Nilufər Seyidova tərəfindən təqdim olunan mühazirəni Stomatologiya fakültəsinin tələbələri və universitetimizin müəllimləri dinləyib. Tədbiri giriş sözü ilə açan Startap və konfrans şöbəsinin koordinatoru, Terapevtik stomatologiya kafedrasının dosenti Ayət Cəfərova qonaq haqda məlumat verib.

Sonra Terapevtik stomatologiya kafedrasının assistenti, t.u.f.d. Könül Qaragözovanın moderatorluğu ilə tədbir davam edib. Tələbələr arasında böyük maraq doğuran məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

Layihə çərçivəsində növbəti görüş iyunun 10-da keçiriləcək.