Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının əməkdaşları Uşaq Nevroloqları Assosiasiyası ilə birlikdə xeyriyyə aksiyası keçirilib.
Aksiya ATU-nun Tədris Terapevtik Klinikada (TTK) baş tutub. Aksiya çərçivəsində 50 uşaq müayinədən keçib. Xeyriyyə aksiyası çərçivəsində çoxsaylı aztəminatlı ailələrdən olan uşaqlara, eyni zamanda Mərdəkanda yerləşən 2 saylı uşaq evi və 7 saylı Uşaq Nevroloji Sanatoriyasından olan uşaqlara həkim baxışı aparılıb.
ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli belə aksiyaların tez-tez keçirilməsi tərəfində olduqlaırnı bildirdi: “Bu tip aksiyalara universitet rəhbərliyimiz də, klinikamız da daim dəstəkdir. Onu da qeyd edim ki, uşaqlarımız üçün nəzərdə tutulan növbəti aksiyamızı, pediatr və psixiatrlarla birlikdə keçirməyi planlayırıq”.