Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Erzincan Universitetinin Tibb fakültəsinin nümayəndə heyəti ilə görüşüb.
Erzincan Universitetinin Tibb fakültəsinin Farmakologiya şöbəsinin əməkdaşları ilə keçirilən görüşdə rektor G. Gəraybəyli universitetin fəaliyyəti, tətbiq edilən yeniliklər, tədris planları haqqında danışıb. İki universitet arasında əczaçılıq üzrə əməkdaşlıq perspektivləri, əlaqələrin gücləndirilməsinin əhəmiyyəti haqqında fikirlərini bölüşüb.
Prof dr. Suleyman Halis ATU-da farmakologiya ixtisası üzrə aparılan elmi işlərin istiqaməti, burada tədqiqatçıların keyfiyyətli araşdırmaları üçün yaradılan şəraitlə tanış olduğunu bildirib. Professor S.Halis ATU-dakı mövcud infrastrukturun dünya miqyaslı tədqiqatlar aparılmasına imkan verdiyini qeyd edib. O, iki universitetlərin müvafiq şöbələri arasında birgə elmi məqalələr və layihələrin icrası istiqamətində fəaliyyətə başlanılacağını bildirib.
Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, prof. Rauf Bəylərov, Tədris Departamentinin müdiri, dos. Kamandar Yaqubov, Əczaçılıq fakültəsinin dekanı, dos. Fərəh Mədətli, Erzincan Universitetinin Farmakologiya şöbəsinin Prof. Dr. Durdu Altuner, Dos. Dr. Bahadir Süleyman, Dos. Dr. Renad Məmmadov iştirak ediblər.