Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Sevinc Muxtarova Türkiyənin Ege Universitetində elmi-tədqiqat işini icra edib. O, universitetin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri kafedrasının nəzdində olan Neonatologiya bölməsində üç ay ərzində araşdırmalar aparıb.
“Yenidoğulanlarda ağciyər patologiyalarının diaqnostikasında ultrasəs müayinəsinin və genetik markerlərin rolu” mövzusundakı tədqiqat Azərbaycan Tibb Universiteti və Ege Universiteti tərəfindən ortaq icra edilib. Araşdırma müddətində tənəffüs çatışmazlığı olan, vaxtında və vaxtından əvvəl doğulan uşaqların ağciyərinin ultrasəs müayinəsi aparılıb, iniplazmada miRNA səviyyəsi müşahidə edilib. S.Muxtarova araşdırmalar zamanı uğurlu nəticələr əldə edib.