I Neyrotologiya elmi-praktiki simpoziumu

Böyük məmnuniyyət və fəxr hissilə Sizi Azərbaycan Tibb Universitetinin Qulaq, burun, boğaz xəstəlikləri kafedrası ilə Uluslararası Sağlıq Eğitimi ve araşdırmaları derneğinin (QBBX&USEAD) birgə  təşkil etdiyi I NEYROTOLOGİYA  elmi-praktiki simpoziumunda iştirak etməyə dəvət edirik.

Simpoziumun məqsədi audiologiya və vestibulologiya sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrdən gəlmiş mütəxəssislərin son dövrdə müşahidəsi, tətbiq etdikləri yeniliklər və dəyişikliklərlə bağlı məlumatların, tədqiqat nəticələrinin bölüşdürülməsi, eyni zamanda bu sahələrin tədrisi ilə bağlı yeniliklərin müzakirəsini aparmaqdan ibarətdir.

Keçiriləcək simpoziumun həmsədri Lokman Hekim Üniversiteti “İşitme, Denge ve Dil Konuşma Merkezi Koordinatörü”, Neyrotoloq Hatice Seyra Erbekin hər iki mövzuda çıxışları olacaq, bununla yanaşı müxtəlif müəssisələrdə çalışan mütəxəssislərin -QBB həkimləri, audioloq, oftalmoloq, nevroloq və psixiatrlarında simpoziumun mövzusuna aid  çıxşları Sizləri gözləyir .

Simpozium 28 iyun 2024-cü il tarixlərində ATU TCK-nın mənfi birinci mərtəbəsində yerləşən konfrans zalında keçiriləcək.

Elmi tədbir Səhiyyə nazirliyi tərəfindən 5 akkreditasiya balı ilə dəyərləndirilmişdir.

QEYDİYYAT ÜÇÜN LİNK: https://qeydiyyat

PROQRAM

Simpoziumun sədri

Simpoziumun həmsədri

Çıxışları gözlənilən məruzəçilər

ÜNVAN: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 156 A

Hörmətlə, simpoziumun sədri:    professor Pənahian V.M.