Azərbaycan Tibb Universiteti ilk dəfə olaraq “Times Higher Education Impact Ranking” reytinq cədvəlində yer alıb. Bu siyahı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini tətbiq etməyi bacaran və bu işdə uğur qazanan universitetləri müəyyənləşdirir.
Universitetimiz reytinq cədvəlində sağlamlıq üzrə göstəriciləri müəyyənləşdirən SDG 3 – “Good health and wellbeing” kateqoriyası üzrə Azərbaycanda birinci yeri tutub. Burada ATU-nun ölkəmizdə səhiyyənin və tibb elminin inkişafına, təhsilin bütün pillələrində yüksək ixtisaslı mütəxəssislərin yetişdirməsi, sağlam həyat tərzinin təşviqi, əhaliyə pulsuz tibbi yardımın üzrə xeyriyyə aksiyalarının keçirilməsi və bununla da əhalinin rifah halının yüksəldilməsi işinə verdiyi töhfələr nəzərə alınıb.
Həmçinin dünya üzrə ali məktəblərin ümumi reytinqində (overall ranking) ATU ölkəmizin dövlət universitetləri arasında 1001-1500 yerlər intervalında lider mövqe tutub. ATU Dayanıqlı İnkişaf Məqsədlərinin 4 kateqoriyası üzrə iştirak üçün müraciət edib. Qeyd edək ki, ümumi reytinq cədvəlinə qarşıya qoyulan bütün tələbləri yerinə yetirən ali məktəblərin adları daxil edilir.