ATU-da yaz semestri üzrə Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanlar (OSKİ) davam edir. İctimai səhiyyə fakültəsinin nəzdində olan Tibbi profilaktika, Tibb bacısı işi, Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarında 17 fənn üzrə klinik bacarıq imtahanları keçirilir.
İmtahanın gedişini izləyən fakültə rəhbərliyi uğurlu nəticələrin əldə ediləcəyinə əmindir. Adı çəkilən ixtisaslardan müvəffəqiyyətlə imtahan verən 113 tələbənin məzun olacağı gözlənilir.