Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Teknik Universitetində Balkan ORL, Mərkəzi və Qərbi Asiya Qulaq, burun, boğaz və Baş-boyun cərrahiyyəsi assosiasiyalarının birgə konqresi keçirilib. Beynəlxalq konqresdə indi başqa ölkələrlə bir yerdə təcrübə mübadiləsi aparmağın çox yayılmış elmi metoda çevrildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və digər dost ölkələrdən olan mütəxəssislər bu cür imkanlardan yararlanmalı və bu əməkdaşlığı ən yaxşı şəkildə davam etdirməlidirlər.
Konqresdə ATU-nun Otorinolarinqologiya kafedrasının müdiri, professor Vəfa Pənahian və kafedranın dosenti Sara Ağaların da məruzələri dinlənilib. Məruzəçilərimiz dünyanın nüfuzlu alimlərinin qatıldığı beynəlxalq panellerdə müzakirələr zamanı təcrübələrini paylaşaraq ölkəmizi layiqincə təmsil ediblər.