Təranə Tağı-zadə: "Bu xəstəliklər hazırda bütün dünyada sağlamlığın pozulması və əlilliyin əsas səbəbidir"
Səhiyyə Nazirliyi, TƏBİB, Türkiyə Nevroloji Dərnəyi, Azərbaycan Daxili xəstəliklər Dərnəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı və “Uptodate in Medicine”nin texniki dəstəyi ilə Bakı Beynəlxalq Nevrologiya Konfransı keçirilib.
İki sessiyadan ibarət konfransda geniş təcrübəyə malik yerli və beynəlxalq məruzəçilər iştirak ediblər.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadəyaşadığımız əsrdə geniş şəkildə həyatımıza sirayət edən nevrologiyanın təkcə elm deyil, sosial sahədə də təsirli olmaqla dünya miqyasında aktuallığı ilə diqqət çəkdiyini deyib. Bu mənada, Beynəlxalq Nevrologiya Konfransının ortaq çalışma və iş birliyi imkanlarını dəyərləndirməkbaxımından mühümlüyünü vurğulayıb. Konfransın nevroloji xəstələrin müayinə və müalicəsi ilə məşğul olan bütün həkimlər üçün dərinləşdirilmiş nəzəri və geniş təcrübi biliklərin və bacarıqların öyrənilməsi və paylaşılmasına hesablandığını bildirib.
Alim çıxışında bir çox xəstəliklərin ana bətnindən - antenatal dövrdən başladığını qeyd edib. Hamiləlik toksikozu, oksigen çatışmazlığı və s. kimi səbəblərdən uşağın beynində qan dövranının pozula biləcəyini söyləyib: “Ona görə də uşaq nevroloji xəstəliklərinəmultidisiplinar yanaşma olmalıdır. Çünki uşaqlıqda başlayan xəstəliklər məhz böyük yaşlarda davam edərək əlilliyin artmasına gətirib çıxara bilər”.
T.Tağı-zadə “Lancet Neurology” elmi jurnalında dərc olunan araşdırmadan sitat gətirib: “Hələ 2021-ci ildə dünyada 3 milyarddan çox insan nevroloji xəstəliklərdənəziyyət çəkib. Nevroloji xəstəliklər hazırda bütün dünyada sağlamlığın pozulması və əlilliyin əsas səbəbidir. 1990-cı ildən bəri əlilliyin, xəstələnmənin və vaxtından əvvəl ölümün məcmu yükü həyat keyfiyyətinin dəyərləndirilməsi göstəricisi - DALY indeksi ilə 18% artıb”.
O, 2022-ci ildə Ümumdünya Səhiyyə Assambleyasına üzv dövlətlərin “Epilepsiya və digər nevroloji xəstəliklər üzrə 2022-2031-ci illər üçün Sektorlararası Qlobal Fəaliyyət Planı”nın təsdiq olunduğunu qeyd edərək, sənəddə nevroloji pozğunluqların qarşısının alınması və erkən diaqnostikasının, eləcə də müalicə və reabilitasiya xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə ölkələrə yol xəritəsi təqdim edildiyini bildirib. Natiqhazırda dünyada 23 milyondan çox insanın nevroloji xəstəliklərin əvvəlcədən mövcud olan amillərindən, xüsusən də COVID-19-un nevroloji fəsadlarından əziyyət çəkdiyini diqqətə çatdırıb.
Beynəlxalq konfransda yüksək ixtisaslı türkiyəli həkim və mütəxəssislər “Uşaqlarda baş ağrılarının diaqnoz və müalicəsində yol xəritəsi”, “Epilepsiyanın diaqnozu və müalicəsinin yol xəritəsi”, “Kəskin işemik insultun diaqnozu və müalicəsinin yol xəritəsi” və digər mövzularda məruzələrini təqdim edərək, diaqnoz və müalicə zamanı qarşıya çıxan problemlərin həlli yollarını izah ediblər.
Debatlar şəklində təşkil olunan sessiyalarda azərbaycanlı həkimlər “Nevrologiyanın əsas və nadir şərtləri. Autizmvə komorbid nevroloji problemlər”, “Miqrenin müalicəsi”, “Klaster baş ağrıları” və başqa mövzularda təqdimatlarla çıxış ediblər.
Tədbirdə beynəlxalq dərəcəli mütəxəssislər tərəfindənnevroloji xəstəliklərin müasir diaqnostikası və müalicəsinə dair yeni multidisiplinar yanaşmalar təqdim olunub. Eyni zamanda, nevrologiya sahəsindəki son yeniliklər müzakirə edilib, bu sahədə uğurlu mütəxəssislər təcrübələrini bölüşüblər.