Azərbaycan Tibb Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbələrarası “II HİPPOKRAT KUBOKU” turniri keçirilib. İntellektual Oyunlar Klubunun üzvlərindən ibarət “Sinaps” komandasının təşkilatçılığı ilə baş tutan yarışda müxtəlif universitet tələbələrindən ibarət 15 komanda iştirak edib.
24 sualdan ibarət maraqlı turnirdə “Vendetta” komandası qalib çıxaraq kuboku qazanıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “Data Qorqud” və “Rust in Peace” komandaları tutublar. Qaliblər ATU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıblar. Komitənin sədri Qoşqar İsmayılov və təşkilatçılarından olan “Sinaps” komandasının üzvləri qalibləri təbrik ediblər.