ATU əməkdaşının iştirak etdiyi beynəlxalq miqyaslı tədqiqatın nəticələri dərc olunub
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d. Taryel Ömərovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu beynəlxalq yayım şəbəkələrində dərc olunub.
Tanınmış cərrah T.Ömərovun verdiyi məlumata görə, nəşr edilən "Global 30-Day Morbidity and Mortality of Primary Bariatric Surgery Combined with Another Procedure" protokol məqaləsi üzərində 2 il ərzində 162 cərrah birgə işləyib. Müəlliflər 32 dövlətdən olan 75 böyük elmi mərkəzi təmsil ediblər. Bunlar arasında Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyi də olub.
T.Ömərovun elmi məqalələri, 2010-cu ildən etibarən Springer, Elcevier, Nature beynəlxalq yayım şəbəkələrində dərc olunmaqdadır. Lakin beynəlxalq elmi işçi qruplarının, multidissiplinar çoxmərkəzli tədqiqatların aparılmasına 2017-ci ildən etibatən start verilib. Yuxarıda qeyd edilən tədqiqat isə azərbaycanlı tibb mütəxəssislərinin el sahəsində növbəti uğurudur.