Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının professoru, Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru Elçin Hüseynov bu yaxınlarda Çexiyanın Praqa şəhərində keçirilmiş “Virusologiya və yoluxucu xəstəliklər” mövzusunda 3-cü Ümumdünya Konqresində (WVID 2024) iştirak edib.
Alim konqresdə “Azərbaycan Respublikasında kəskin bruselyozun xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib. Məruzə Azərbaycanda kəskin bruselyozlu 120 xəstənin ətraflı epidemioloji, klinik və immunoloji xarakteristikası əsasında aparılan tədqiqatların nəticələrinə həsr olunub. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Elçin Hüseynov konqresin gedişində müxtəlif ölkələri təmsil edən tanınmış alim, həkim, elm və səhiyyə təşkilatçıları ilə görüşlər keçirib, bu görüşlərdə birgə tədqiqat imkanları və sahələri, ortaq maraq doğuran məsələlər müzakirə edilib.