Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva 8-22 may tarixlərində Türkiyənin Niğde Ömer Halisdemir Universitetində akademik fəaliyyət göstərib.
Y.Hacıyeva Xalq sağlamlığı kafedrasında tələbələrə müxtəlif ölkələrdə səhiyyə sistemləri və səhiyyə siyasəti, səhiyyə xidməti sahəsi ilə tanışlıq, cəmiyyətin sağlamlıq problemlərini və insanların səhiyyə xidmətinə ehtiyaclarını müəyyən etmək, ana və uşaq sağlamlığının monitorinqi, herontoloji problemlər və onların həlli, çoxtərəfdaşlı sağlamlıq yanaşmaları və s. kimi mövzularda mühazirələr oxuyub. Y.Hacıyevanın mühazirələri tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanıb və ona təşəkkür sertifikatı təqdim olunub.